Bakı. Etibar Məmmədov - APA. Bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) təmsilçiləri Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin II katibi Endrü Harvay ilə görüşüblər.
AMİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Məşvərət Məclisinin yaradılması və fəaliyyəti ilə bağlı geniş məlumatlar verilib. Həmçinin “Sərbəst toplaşma azadlığı haqqında” qanuna edilən dəyişikliklər, o cümlədən ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Partiya sədrləri Azərbaycanın Avropaya və Avroatlantik məkana inteqrasiyasının alternativinin olmadığını bildirərək, bu istiqamətdə fəaliyyətində ardıcıl olduqlarını bildiriblər. Görüşdə həmçinin bu istiqamətdə keçirilən təmasları davamlı olması qərara alınıb.
Görüşdə AMİP sədri Yusif Bağırzadə, ACP sədri Sülhəddin Əkbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, ALP sədri Əvəz Temirxan iştirak edib.