APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (
M. Pənahov bildirib ki, kurslar iyulun 29-dan başlayaraq beş gün davam edəcək. Kurslar Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kursların təşkili olunacaq.
M. Pənahov deyib ki, kursların açılış mərasimində MSK sədri, Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay iştirak edəcəklər.
Kurslarda məruzəçi qismində Prezident Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, ədliyyə nazirinin müavini Azər Cəfərov, daxili işlər nazirinin müavini Oruc Zalov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Ali Məhkəmənin sədr müavini Ramiz Rzayev, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev, Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov və
M. Pənahov məntəqə seçki komissiyalarının üzvləri və sədrləri üçün isə kursların bölgələrdə keçiriləcəyini xatırladıb: “Aşağı seçki komissiyaları üzvləri üçün maarifləndirici seminarların keçirilməsi əhəmiyyətlidir. Cəmiyyətdə isə seçkilərə olan münasibətin formalaşmasında bu kursların xüsusi əhəmiyyəti var”.