Bakı-APA. Ədalət Partiyası ABŞ səfirliyi qarşısında piket keçirəcək. Partiyadan APA-ya verilən məlumata görə, Dağlıq Qarabağ məsələsində bu ölkənin tutduğu qeyri-obyektiv mövqeyə etiraz bildiriləcək tədbirdə “Qarabağ”, “Azadlıq”, “Demokratiya” şüarları səsləndiriləcək. Bakı şəhər icra hakimiyyətinə ünvanlanan müraciətdə partiyanın ABŞ-ın Dağlıq Qarabağ məsələsində tutduğu qeyri-obyektiv mövqeyə etiraz olaraq fevralın 1-də saat 12.00-dan 13.00-dək ABŞ-ın Bakıdakı səfirliyinin qarşısında 45 nəfərin iştirak edəcəyi piket keçirməyi planlaşdırdığı bildirilib.