Bakı. Etibar Məmmədov – APA. Ədalət Partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsinin qərarına əsasən partiyanın V qurultayı avqustun 18-də keçiriləcək. Bu barədə APA-ya partiyanın sədr müavini Mütəllim Rəhmli məlumat verib.
M. Rəhimli bildirib ki, qurultayda təşkilatı məsələlərlə yanaşı, partiyanın prezident seçkilərində iştirak məsələsi də müzakirəyə çıxarılacaq: “Qurultayda Nizamnaməyə uyğun olaraq partiya sədrinin, Mərkəzi Nəzarət Təftiş Komissiyasının hesabatları dinləniləcək və partiya strukturlarına yenidən seçkilər keçiriləcək. Əgər 2013-cü il prezident seçkilərinə qatılacağıqsa, qurultayda partiyanın namizədini də irəli sürəcəyik”.