Bank Of Baku

Ədalət Partiyasının növbəti qurultayının vaxtı bəlli olub - FOTO

Ədalət Partiyasının növbəti qurultayının vaxtı bəlli olub - <span style="color: red;">FOTO
# 06 aprel 2013 12:31 (UTC +04:00)

Bakı – APA. Bu gün Ədalət Partiyası Ali Məclisinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, qurumun mərkəzi qərargahında Ali Məclisin sədri Fikrət Hüseynovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə təşkilati məsələlərə baxılıb.

 

Partiya sədrinin təqdimatına uyğun olaraq Ali Məclis Rusvat Bayramovu mətbuat və informasiya, Ayaz Əfəndiyevi təşkilati, Heydər Həşimovu (Heydər Oğuz) ideoloji məsələlər üzrə sədr müavini vəzifələrinə təsdiq edib. Bundan başqa, Mütəllim Rəhimli təşkilati məsələlər üzrə sədr müavini vəzifəsindən azad edilərək, partiyanın Aparat rəhbəri vəzifəsinə təsdiq olunub.

 

Respublikadakı ictimai-siyasi, sosial-iqtisadi vəziyyət və partiyanın qarşısında duran vəzifələrlə bağlı sədr müavini Əlikamal Həsənzadənin geniş məlumatı dinlənilib. Partiyanın sədri, Milli Məclisin üzvü İlyas İsmayılov iclasda çıxış edərək müzakirələrə yekun vurub. O, qaldırılan bütün məsələlərə münasibət bildirərək əqidə yoldaşlarını radikallıqdan və avantürizmdən uzaq olmağa, partiyanın qarşısına qoyduğu hədəflərə çatması üçün əxlaq və qanunlar çərçivəsində mübarizə aparmağa çağırıb.

 

İ.İsmayılov partiya üzvlərinin çoxsaylı suallarını da cavablandırıb.

 

Sonda Ali Məclis partiyanın növbəti qurultayının bu il iyunun 8-də keçirilməsi barədə qərar qəbul edib və ona hazırlıqla bağlı İlyas İsmayılovun sədrliyi ilə Təşkilat Komitəsi yaradıb. Qurultayda Ədalət Partiyasının qarşıdakı prezident seçkilərində iştirakı ilə bağlı məsələyə baxılacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR