APA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, bundan öncə uçqunlar altında qalmış əsgərin xilas olunacağı ehtimal olunurdu.
Gürcüstanın müdafiə nazirliyinin məlumatına görə, hadisə yerində xilasetmə əməliyyatı aparılıb, lakin əsgəri xilas etmək mümkün olmayıb.
Sıravi Qeorgi Quçaşvili 2010-cu ildən orduda xidmət edib.
Bundan əvvəl verilən xəbərə görə, iyunun 6-da Əfqanıstanın Hilmənd əyalətində terrorçu-kamikadze gürcü hərbi kontingentinin bazasında partladıcı quraşdırılmış yük maşınını işə salıb. Nəticədə 6 hərbçi həlak olub, 9 əsgər yaralanıb.
Gürcüstan ISAF tərkibində sülhməramlı missiyasını 2009-cu ilin avqustundan həyata keçirir. O zamandan Əfqanıstanda 25 gürcü hərbçisi həlak olub. Əfqanıstanda 1545 gürcü hərbçisi xidmət çəkir