Bank Of Baku

Əhməd Oruc Demokratik Qüvvələrin Məşvərət Məclisinin fəaliyyətindən narazıdır

Əhməd Oruc Demokratik Qüvvələrin Məşvərət Məclisinin fəaliyyətindən narazıdır
# 30 dekabr 2012 09:29 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Qurumun daxilində birləşən partiyalar real əməkdaşlıq edə bilsələr, ciddi uğurlara nail ola bilərik”. Bunu APA-ya açıqlamasında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

 

Ə.Oruc DQMM-ın fəaliyyətinə münasibət bildirərək deyib ki, bəzi səbəblərə görə qurumun fəaliyyəti istənilən səviyyədə deyil: “Təəssüf ki, Məşvərət Məclisində təmsil olunan partiyaların əksəriyyəti 2013-cü illə, eləcə də müxalifət daxilində əməkdaşlıqla bağlı birmənalı mövqeləri yoxdur və bu dayanıqsızlıq da qurumun işinə təsir göstərir. Ümid edirəm ki, biz bu qeyri-müəyyənlikləri aradan qaldıra biləcəyik və qurum normal fəaliyyət göstərə biləcək. Eyni zamanda DQMM-ə daxil olan partiyalar fəaliyyət manerasına görə fərqlidirlər. Yəni ora daxil olan partiyaların meydan praktikası azdır. Bu kimi obyektiv və subyektiv səbəblərə görə qurumun fəaliyyəti istənilən səviyyədə deyil. Qurumun daxilində birləşən partiyalar real əməkdaşlıq edə bilsələr, ciddi uğurlara nail ola bilərik”.

 

DQMM üzvü, AMİP sədri Yusif Bağırzadə isə DQMM-in fəaliyyətini yüksək qiymətləndirib. O, APA-ya açıqlamasında qeyd edib ki, Məclis digər qurumlardan fərqli olaraq, əsasən icbari deyil, tövsiyə xarakterli qərarlar qəbul edir: “Azərbaycanda yeganə qurumuq ki, bütün təşkilatlara - həm Ziyalılar Forumuna, həm də İctimai Palataya geniş əməkdaşlıqla bağlı müraciət etmişik. Demokratik Qüvvələrin Məşvərət Məclisi birmənalı şəkildə beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR