Bakı. Ramil Məmmədli-APA. “Milli Şuranın yaradılması ilə bağlı danışıqların birinci mərhələsi yekunlaşmaq üzrədir. Ümid edirəm ki, aprelin sonuna kimi bu mərhələ bitəcək və proses texniki mərhələyə qədəm qoyacaq”.
APA-nın məlumatına görə, bu fikirəri keçirdiyi mətbuat konfransında “El” hərəkatının İdarə Heyətinin sədri Eldar Namazov deyib.
E. Namazov bildirib ki, Milli Şuranın yaranması ilə bağlı Müsavat Partiyası, AXCP, Açıq Cəmiyyət Partiyası,
E. Namazov qeyd edib ki, ölkədəki ictimai-siyasi proseslər, siyasi dairələrinin birliyinə nail olunması üçün ciddi sənəd hazırlanır və həmin sənəd beynəlxalq təşkilatlara, ölkələrə ünvanlanacaq.