Bank Of Baku

Əli Əhmədov: “ Xalqın Prezidentə inam və etimadı daha da güclənib”

Əli Əhmədov: “ Xalqın Prezidentə inam və etimadı daha da güclənib”
# 20 aprel 2013 14:25 (UTC +04:00)

YAP-dan APA-ya verilən məlumata görə, görüşdə YAP Nizami rayon təşkilatının sədri, MM-in deputatı Sədaqət Vəliyeva təşkilatın gördüyü işlər, əldə edilmiş uğurlar və qarşıda duran vəzifələr haqqında danışıb.

 

Ə. Əhmədov görüşdə çıxış edərək bütövlükdə partiyanın ölkənin ictimai-siyasi həyatında tutduğu mövqe, qazanılmış nailiyyətlər və partiya üzvlərinin üzərinə düşən vəzifələrdən bəhs edib. Bu il Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini xatırladan Ə. Əhmədov deyib ki, YAP ənənəsinə uyğun olaraq prezident seçkiləri kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsi və namizədinin qələbəsinin təmin edilməsi üçün seçki kampaniyasına xeyli qalmış öz işlərinə start verib. Onun sözlərinə görə, prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkənin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb.

 

Ə. Əhmədov bildirib ki, bütün bu amillər xalqın prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. O, qarşıdan gələn prezident seçkiləri kampaniyasına hazırlıqla əlaqədar partiyanın Nizami rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrlərinə müvafiq tövsiyələr verib.

 

YAP icra katibinin müavini Mübariz Qurbanlı da görüşdə iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR