Bank Of Baku

Əli Əhmədov: “YAP-ın 20 ildə qazandığı təcrübə 2013-cü ilin prezident seçkilərində uğur qazanmağa ciddi əsas verir”

Əli Əhmədov: “YAP-ın 20 ildə qazandığı təcrübə 2013-cü ilin prezident seçkilərində uğur qazanmağa ciddi əsas verir”
# 25 aprel 2013 14:15 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, deputat Əli Əhmədov partiyanın Səbail rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrləri ilə görüşündə deyib.

 

O qeyd edib ki, son 10 il ərzində prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti və bu siyasətin uğurları seçkilərin nəticələrini şərtləndirən əsas amillərdir: “Təbii ki, bu inkişaf siyasətinin əsasında Heydər Əliyev ideyaları dayanır və xalqımız Heydər Əliyev ideyalarına əsaslanan inkişaf siyasətinin bundan sonra da ölkəmizə uğurlar gətirəcəyinə inanır. Bu mənada növbəti seçkilərdə İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir”.

 

Oktyabr ayında keçiriləcək prezident seçkiləri kampaniyasının yüksək səviyyədə təşkil olunması üçün YAP-ın üzərinə ciddi vəzifələr düşdüyünü deyən Ə. Əhmədov ilk partiya təşkilatları sədrlərinə seçkilərə hazırlıqla əlaqədar tövsiyələrini verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR