Bank Of Baku

Əli Əhmədov Qəbələ, İsmayıllı və Qobustan rayonlarında YAP fəalları ilə görüş keçirib - FOTO

Əli Əhmədov Qəbələ, İsmayıllı və Qobustan rayonlarında YAP fəalları ilə görüş keçirib  - <span style="color: red;">FOTO
# 17 iyul 2013 16:24 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının fəalları ilə görüş keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Abil Ağasəfov 1993-cü ildə yaradılan partiyanın ötən müddət ərzində daha da təşkilatlandığını, ölkənin ictimai-siyasi, mədəni və təsərrüfat həyatında aparıcı qüvvəyə çevrildiyini bildirib. Bildirilib ki, bu dövrdə rayon təşkilatı üzvlərinin sayı 5300 nəfərə çatıb. Onlardan 40%-ni gənclər, 51%-ni isə qadınlar təşkil edir.

 

Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ötən 10 il ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfə artdığını nəzərə çatdıran YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov deyib ki, bu iqtisadi yüksəliş Azərbaycanın həyatının bütün sahələrində dəyişikliklər üçün ciddi əsaslar yaradıb.

 

Millət vəkilləri – Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və YAP icra katibinin müavini Mübariz Qurbanlı çıxışlarında Azərbaycanda hüquqi dövlət quruculuğunun inkişaf strategiyasının Heydər Əliyev tərəfindən hazırlandığını və bunun alternativinin olmadığını vurğulayıblar. Bildirilib ki, xalqımız ötən 10 ilin nailiyyətlərinə qiymət verərək və gələcək 5 ildə Azərbaycanın daha da inkişaf edəcəyinə inanaraq YAP-ın sədri İlham Əliyevin namizədliyini irəli sürüb və seçkilərdə fəal iştirak edərək yalnız onu dəstəkləyəcək.

 

Sonda bir qrup gəncə partiya biletləri təqdim olunub. Tədbirdə Qəbələ sakinlərinin seçkilərdə fəal iştirak edəcəyi və YAP-ın namizədi, dövlətimizin başçısı İlham Əliyevə yekdilliklə səs verəcəkləri diqqətə çatdırılıb.

 

Qeyd edək ki, İsmayıllı və Qobustan  rayonlarında da YAP fəalları ilə görüşlər keçirilib. Görüşlərdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan, partiyanın respublikanın sosial-iqtisadi və mədəni inkişafında oynadığı roldan danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR