Bank Of Baku

Əli Əhmədov Qusarda və Qubada YAP-ın yerli fəalları ilə görüşüb - FOTO

Əli Əhmədov Qusarda və Qubada YAP-ın yerli fəalları ilə görüşüb - <span style="color: red;">FOTO
# 13 aprel 2013 14:01 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katib, millət vəkili Əli Əhmədov Qusar rayonunda partiyanın rayon fəalları ilə görüş keçirib.

 

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, tədbirdə çıxış edən Əli Əhmədov YAP-ın 20 ildə Azərbaycanın iqtisadi-sosial inkişafında mühüm xidmətləri olduğunu diqqətə çatdırıb. Ə.Əhmədov çıxışında bu il keçiriləcək prezident seçkilərində YAP üzvlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü, onların hamısının yekdilliklə İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirib. Görüşdə millət vəkilləri Siyavuş Novruzov, Azər Badamov və Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov da iştirak ediblər.

 

Qeyd edək ki, bu gün Quba rayonunda da YAP-ın yerli fəalları ilə görüş keçirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR