Bank Of Baku

Əli Əhmədov YAP Mingəçevir təşkilatında görüş keçirib

Əli Əhmədov YAP Mingəçevir təşkilatında görüş keçirib
# 18 iyul 2013 14:34 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın Mingəçevir təşkilatında görüş keçirib.


APA-nın YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ə. Əhmədov prezident seçkiləri ilə əlaqədar partiya fəallarının üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib. O qeyd edib ki, nəinki partiyanın üzvləri, bütövlükdə Azərbaycan xalqı cənab İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir.

 

Ə. Əhmədov prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 10 ildə böyük inkişaf yolu keçdiyini, bütün vətəndaşların bu inkişafın canlı şahidləri olduğunu da deyib: “Yüksək inkişaf və bu inkişafın etibarlı zəmin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edəcəyi inamı Azərbaycanın hər bir vətəndaşında formalaşıb. Bu ümumi mənzərə seçkilər dövründə Azərbaycan vətəndaşlarını əhval-ruhiyəsini müəyyənləşdirib. Bu mənada növbəti seçkilərdə cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir. İnsanlar indiyədək qazanılan uğurlarla yanaşı qarşıdakı illərdə də nailiyyətlərin davam etməsi arzulayır və bunu prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə görürlər”

 

Ə. Əhmədov bildirib ki, YAP olaraq üzərilərinə çox ciddi və məsuliyyətli vəzifələr düşür. Onun sözlərinə görə, xüsusilə YAP-ın şəhər və rayon təşkilatlarının fəallarında da bu məsuliyyətdə payı var. YAP sədrinin müavini qarşıdan gələn prezident seçkilərinə hazırlıqla əlaqədar görüləcək işlər və partiya fəallarının vəzifələri ilə bağlı müvafiq tövsiyələr verib.


Sonda YAP sıralarına qoşulmuş şəxslərə partiya vəsiqələri təqdim olunub.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR