Bank Of Baku

Əli Əhmədov YAP Yardımlı rayon təşkilatının fəalları ilə görüşüb - FOTO

Əli Əhmədov YAP Yardımlı rayon təşkilatının fəalları ilə görüşüb  - <span style="color: red;">FOTO
# 19 fevral 2013 12:32 (UTC +04:00)

 

 

Yardımlı. Ağəddin Babayev - APA. Fevralın 19-da Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, millət vəkili Əli Əhmədov partiyanın Yardımlı rayon təşkilatının fəalları ilə görüşüb.

 

APA-nın cənub bürosunun məlumatına görə, daha sonra o, YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinin fəalları ilə dəyirmi masa arxasında görüş keçirib.

 

Tədbirdə gənclərin ölkəmizin ictimai-siyasi həyatındakı fəal rolundan, Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirilməsindən söz açılıb. Azərbaycan hökumətinin fəaliyyətində gənclərlə bağlı siyasətin əsas yerlərdən birini tutduğunu bildirən Ə.Əhmədov gənclərin yaxşı təhsil alması, müasir dünyagörüşünə yiyələnməsi, malik olduğu potensialı ifadə etməsi və bu potensialı Azərbaycanın inkişafı istiqamətinə yönəltməsi üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.

 

Görüşün sonunda YAP sədrinin müavini Əli Əhmədov gəncləri maraqlandıran sualları cavablandırıb. Tədbirdə həmçinin YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da iştirak edib.

 

Analoji görüşün bu gün Masallı rayonunda da keçirilməsi nəzərdə tutulub.

 

 
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR