Bank Of Baku

Əli Əliyev: “ABŞ rəsmiləri ilə görüşdə müxalifətin mübarizə formaları, ölkədəki mövcud ictimai-siyasi vəziyyət müzakirə olundu”

Əli Əliyev: “ABŞ rəsmiləri ilə görüşdə müxalifətin mübarizə formaları, ölkədəki mövcud ictimai-siyasi vəziyyət müzakirə olundu”
# 11 dekabr 2012 13:09 (UTC +04:00)

 

Bakı. Ramil Məmmədli-APA. “ABŞ rəsmiləri ilə bu gün keçirilən görüşdə müxalifətin mübarizə formaları ilə yanaşı, ölkədəki mövcud ictimai-siyasi vəziyyətin geniş spektrini əhatə edən müzakirələr aparılıb”.   

 

Bu açıqlamanı APA-ya Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev verib. O bildirib ki, görüş zamanı ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melia və ABŞ Dövlət Departamentinin təmsilçisi Uendi Silvermanın Azərbaycanı yaxşı tanıdıqlarının şahidi olub. Partiya sədrinin sözlərinə görə, görüşdə prezident seçkisi öncəsi vəziyyət, müxalifətin seçkilərə hazırlıq prosesi, beynəlxalq ictimaiyyətin Azərbaycandakı mühitə münasibəti, demokratiya məsələsi, seçki qanunvericiliyi və digər hər iki tərəfi maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melia və ABŞ Dövlət Departamentinin təmsilçisi Uendi Silvermanla keçirilən görüşdə VİP sədri Əli Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və İctimai Palatanın nümayəndəsi Mehriban Vəzir iştirak edib.

  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR