Bank Of Baku

Əli Əliyev: “VİP-in mövqeyi dövlətçiliyin qorunması prinsipinə əsaslanır”

Əli Əliyev: “VİP-in mövqeyi dövlətçiliyin qorunması prinsipinə əsaslanır”
# 15 iyul 2013 11:24 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Vətəndaş və İnkişaf  Partiyası (VİP) Siyasi Şurasının partiyanın Bakı şəhəri üzrə dairə təşkilatları sədrlərinin iştirakı ilə iclası keçirilib.

VİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda partiya sədri Əli Əliyev ölkədəki ümumi vəziyyəti ətraflı təhlil edib, seçkiqabağı ərəfədə ölkənin daxili və beynəlxalq durumunu dəyərləndirib.

Ə.Əliyev Azərbaycanın daxili olduğu indiki həssas dövrdə partiyanın mövqeyinin istisnasız olaraq dövlətçiliyin qorunması prinsipinə əsaslandığını və bu kursun davam etdiriləcəyini diqqətə çatdırıb.

İclasda VİP-in prezidentliyə namizədi Əli Əliyevin Seçki Qərargahının yaxın günlərdə elan olunması da qərara alınıb.

Daha sonra cari məsələlərin müzakirə edildiyi iclasda müvafiq qərarlar qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR