Bank Of Baku

Əli Həsənov: “Azərbaycanın inkişaf sirləri hamını maraqlandırır”

Əli Həsənov: “Azərbaycanın inkişaf sirləri hamını maraqlandırır”
# 04 aprel 2013 13:40 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu fikirləri Bakıda “The Business Year” jurnalının Azərbaycanla bağlı buraxılışının təqdimat mərasimində bildirib.

 

O qeyd edib ki, Azərbaycanın inkişaf etdiyi dövr çox maraqlı dövrə təsadüf edir: “Əsas məqam isə ondan ibarətdir ki, Azərbaycan dünyanın əksər ölkələrinin böhran keçirdiyi bir dövrdə iqtisadi cəhətdən sürətlə inkişaf edir. Dünya ölkələri elə bir vəziyyətə gəlib ki, beynəlxalq hüquq normalarından kənara çıxaraq insanların banklara yatırdıqları sərmayələrə göz dikir, təqaüdçülərin maaşlarını kəsir, sosial layihələrə yönəltdikləri proqramları dayandırırlar. Artıq Avropada elə böhran yaranıb ki, oranın sakinləri Asiyaya, Şərqə axın edirlər. Onlar özlərinin gələcək sosial-iqtisadi proqramlarını Asiya ölkələrində həyata keçirməyi planlaşdırırlar. Belə bir şəraitdə Azərbaycanın inkişaf sirləri, inkişaf modelləri tək azərbaycanlıları deyil, bütün dünyanı maraqlandırır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR