APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib.
Ölkədə keçiriləcək prezident seçkilərinə xarici qüvvələrin müdaxiləsi ehtimalına dair sualı cavablandıran PA rəsmisi qeyd edib ki, xarici dövlətlərin təsiri istər-istəməz mövcuddur: “Azərbaycanla uzun müddətdir iqtisadi-siyasi, qonşuluq münasibətləri olan dövlətlər var. Bu ölkələrin də istər-istəməz seçkilərə təsiri mövcuddur. Eyni zamanda seçkilərdə iştirak edən ayrı-ayrı elektoratlar xarici təşkilatlarla münasibətlərə malikdirlər. Amma bütövlükdə seçkilərin taleyini xalq, seçicilər müəyyənləşdirir. Ona görə də biz maksimum çalışırıq ki, seçicilərin iradəsini, seçki prosesini xarici dairələrin asılılığından xilas edək. Çalışırıq ki, vətəndaşlar seçkilərdə yalnız öz iradələrindən çıxış etsinlər”.