Bank Of Baku

Əli Həsənov: “Heydər Əliyev Azərbaycan gəncliyinin inkişafını dövlətin müharibədən zaman qazanmasına bərabər tutdu”

Əli Həsənov: “Heydər Əliyev Azərbaycan gəncliyinin inkişafını dövlətin müharibədən zaman qazanmasına bərabər tutdu”
# 03 iyun 2013 11:55 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Biz dünya okeanında Azərbaycan adlı bir gəminin sərnişinləriyik. Bu gün bu sərnişinə xidmət edən, onun təhlükəsizliyinin qayğısına qalan və s. insanlar var - bunu da biz həyata keçiririk. Amma Azərbaycan gəncliyi sabah bu gəminin ayrı-ayrı sahələrdə idarəçiliyini ələ almağa hazır olmalıdır. Azərbaycan dövlətinin yürütdüyü siyasətin mahiyyəti də ondan ibarətdir ki, sabah Azərbaycan dövləti qeyri-peşəkar, milli hisslərdən uzaq insanların əlində olmasın. Yetkin, peşəkar və milli qeyrətli insanlar yetişdirə bilək”. APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının bu gün keçirilən hesabat konfransındakı çıxışında deyib.

 

PA rəsmisi Heydər Əliyevin sovet dövründə və ikinci dəfə hakimiyyətə gəlişindən sonra gənclərə ayırdığı xüsusi diqqətdən danışıb. O qeyd edib ki, bu gün auditoriyalarda gəncləri hazırlayan şəxslərin çoxu birinci hakimiyyəti dövründə Heydər Əliyevin hazırladığı kadrlardır.

 

PA rəsmisi ona da toxunub ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişindən sonra - 1994-cü ildə o ağır günlərdə Ermənistanla atəşkəsə nail olmasaydı, indi Azərbaycan adlı dövlət olmazdı: “Ümummilli lider atəşkəsə nail oldu və ondan sonra da atdığı ilk addım Gənclər Nazirliyinin yaradılması oldu. Çünki gəncliyi diqqətə alınmayan dövlətin gələcəyi ola bilməz. Heydər Əliyev məhz bu məntiqdən çıxış edərək Azərbaycan gəncliyinin inkişafını dövlətin müharibədən zaman qazanmasına bərabər tutdu”.

 

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan dövlətinin gənclər siyasəti, gənclərə hərtərəfli diqqət və qayğı imkanlı, bacarıqlı, sağlam düşüncəli, avanqarda çevrilmiş gəncliyin, tələbə auditoriyasının formalaşmasına gətirib çıxardı: “Baxın, 1992-ci ildə Azərbaycan tələbələrinin vəziyyəti necə idi, onlar hansı şəraitdə, necə fəaliyyət göstərirdilər? Hər tələbə qrupu dövlətə, dövlətçiliyə qarşı siyasət yürüdən partiyaların dayağına çevrilmişdi. Azərbaycan ordusu əvəzinə ayrı-ayrı partiyaların silahlı dəstələri formalaşmışdı. Ona görə də bu gün sizin - tələbə-gənclərin bu reallıqları dərk edərək Heydər Əliyevin gənclər siyasətinin davam etdirilməsinə, prezident İlham Əliyevin siyasi kursuna dəstəyiniz sözün həqiqi mənasında alqışa layiqdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR