Bank Of Baku

Əli Hüseynli: “Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir”

Əli Hüseynli: “Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir”
# 11 aprel 2013 15:34 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Bakıda səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının üzvləri ilə görüşüblər. Milli Məclisdən APA-ya verilən məlumata görə, Ə. Hüseynli bildirib ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir.

 

Komitə sədri parlamentdə qanun yaradıcılığı prosesi, qanunların hazırlanma texnologiyası, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən söhbət açıb. R. Aslanova isə Venesiya Komissiyası ilə Milli Məclis arasında mövcud olan ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan qanunvericilik sistemində beynəlxalq hüququn normalarına hörmətlə yanaşılır, Venesiya Komissiyasının qanun yaradıcılığı sahəsində məsləhət və tövsiyələrinə xüsusi diqqət  göstərilir: “Ölkəmizdə  insan hüquqlarının daha da möhkəmləndirilməsi istiqamətində bütün zəruri addımlar atılır”.

 

Avropa Şurası Venesiya Komissiyasının üzvü Herdis Torgeirsdottir səmimi görüş üçün təşəkkürünü bildirib, Bakıda səmərəli görüşlər keçirdiklərini deyib.                                                          

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR