Bank Of Baku

Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş respublika elmi seminarı keçirilib - FOTO

Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş respublika elmi seminarı keçirilib - <span style="color: red;">FOTO
# 23 may 2013 13:09 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Bu gün Milli Azərbaycan Tarixi Muzeyində görkəmli ictimai-siyasi xadim diplomat Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə həsr olunmuş respublika elmi seminarı keçirilib.

 

APA-nın məlumatına görə, tədbirin əvvəlində muzeyin direktoru Nailə Vəlixanlı Ə.Topçubaşovun Rusiya imperiyası türk və müsəlman xalqlarının faktiki lideri olaraq gördüyü işlərdən, Rusiya Dövlət Dumasının deputatı kimi fəaliyyətindən, ilk Azərbaycan parlamentinin yaradılması sahəsində səylərindən və 1920-ci ildən sonrakı dövrdə mühacirətdə apardığı mübarizədən danışıb: “Əlimərdan bəy, Cümhuriyyətin başında  dayanmış görkəmli xadimlərlə bərabər demokratizmin elementləri uğrunda yorulmadan, Azərbaycanın dünyaya tanıdılması istiqamətində fədakarlıqla çalışmışdır”.

 

Tarix elmləri doktoru, Ə.Topçubaşova həsr olunmuş “Tarixi şəxsiyyətin tarixi” kitabının müəllifi, professor Cəmil Həsənli azərbaycanlı diplomatın bioqrafiyasından danışıb: “Rusiya imperiyası tərkibində türk və müsəlman xalqlarının hüquqlarının müdafiəçisi olan Topçubaşov həmin dövrdə artıq Ümumrusiya müsəlmanlarının lideri kimi qəbul olunurdu. 1920-ci ildə Azərbaycanın işğalından sonra mühacir həyatına başlayan Topçubaşov düşdüyü ağır vəziyyətə baxmayaraq, Azərbaycanın azadlığı uğrunda mübarizəsinə davam etmişdir”.

 

Seminarda muzeyin “Xəritələr sektorunun” müdiri Fikrət Bağırov Milli Azərbaycan Tarixi Muzeyində qorunan eksponatları barədə danışaraq, bu eksponatların görkəmli siyasi və ictimai xadimin həyat və fəaliyyətinin öyrənilməsindəki rolundan danışıb.

 

Tədbirin sonunda ekranda Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyətini əks etdirən slayd-film nümayiş olunub.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşovun anadan olmasının 150 illiyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR