Bank Of Baku

Elmin İnkişafı Fondu regional məsləhət seminarlarına başlayıb

Elmin İnkişafı Fondu regional məsləhət seminarlarına başlayıb
# 24 iyun 2013 16:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Elmin İnkişafı Fondu regional məsləhət seminarlarına başlayıb. APA-nın AMEA-nın saytına istinadən verdiyi xəbərə görə, bu günlərdə fondun keçirdiyi birinci Gəncə regional məsləhət seminarında çıxış edən fondun icraçı direktoru Elçin Babayev EİF-in fəaliyyətinin əsas istiqamətlərindən və son illərdə qazandığı nailiyyətlərdən danışıb. O, fondun fəaliyyətinin daim təkmilləşdirildiyini, zənginləşdirildiyini bildirib. Bu işdə alim və mütəxəssislərlə birbaşa təmas qurulmasının, fikir mübadiləsi və müzakirələr aparılmasının rolu və əhəmiyyəti qeyd edib.

 

Qeyd olunub ki, fond əsasən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrinin üstünlük təşkil etdiyi klassik qrant müsabiqələri ilə yanaşı, gənc alim və mütəxəssislər üçün müsabiqə, bütövlükdə Qarabağ tədqiqatlarına həsr olunmuş “Şuşa qrantı” müsabiqəsi, alimlərin xaricdə keçirilən konfranslarda, təcrübə artırmalarda iştirakına imkan verən “Mobillik qrantı” müsabiqəsi də keçirir. Böyük maliyyə həcmli pilot layihələri isə elmin müxtəlif sahə və istiqamətlərinin maddi-texniki bazasının (cihaz, avadanlıq və qurğular) ən müasir səviyyədə yenilənməsini, xaricdə aparıcı təşkilatlarda milli kadr hazırlığının Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur.

 

Seminarda bildirilib ki, 2013-cü ilin informasiya-kommunikasiya texnologiyaları (İKT) ilinin sonunadək İKT üzrə layihələrin dəstəklənməsi məqsədi ilə bir neçə müsabiqənin keçirilməsi planlaşdırılır.

 

Elmin İnkişafı Fondu növbəti regional seminarın Naxçıvanda keçirilməsini nəzərdə tutur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR