Bank Of Baku

Əvəz Temirxan: “Bəzi partiya liderləri Lalə Şövkətin vahid namizəd olmasını təklif edirdilər”

Əvəz Temirxan: “Bəzi partiya liderləri Lalə Şövkətin vahid namizəd olmasını təklif edirdilər”
# 10 yanvar 2013 14:37 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. “Müxalifətin ən reytinqli namizədi Lalə Şövkətdir”. Bu açıqlamanı APA-ya Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan verib.

 

O bildirib ki, Azərbaycanda demokratik seçki mühiti yaranarsa, ALP lideri Lalə Şövkət prezident seçkilərində ən real namizəd ola bilər: “Hələ iki il bundan əvvəl müxalifət daxilində vahid namizədi müəyyənləşdirmək haqqında fikir formalaşmışdı. Hətta bəzi partiya liderləri, ictimai təşkilatların nümayəndələri Lala Şövkətin müxalifətin vahid namizəd olmasını təklif edirdilər. Hesab edirəm ki, müxalifətin ən reytinqli namizədi Lalə Şövkətdir. Əgər ölkədə nisbi demokratik seçki mühiti yaranarsa, qanunvericilik təsbit olunarsa, o vaxt partiyanın lideri Lalə Şövkət 2013-cü il prezident seçkilərinə qatıla bilər”.

 

ALP sədrinin sözlərinə görə, seçkilər seçki xatirəsinə deyil, hakimiyyəti dəyişmə vasitəsi kimi, hakimiyyətə gəlmək naminə olmalıdır: “Seçki xətrinə seçkiyə getməyə dəyməz. Müxalifət ilk növbədə vahid mübarizə komandasına çevrilməlidir, vahid mübarizə platforması olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR