Bank Of Baku

Fazil Mustafa: “Dünya parlamentləri “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun barədə məlumatlandırılmalıdır”

Fazil Mustafa: “Dünya parlamentləri “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun barədə məlumatlandırılmalıdır”
# 30 may 2013 15:59 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanunun qəbulunun gecikməsi onun bütün detallarının çox ciddi şəkildə işlənməsi ilə bağlıdır. Bunu APA-ya açıqlamasında Böyük Quruluş Partiyanın başqanı, Milli Məclis üzvü Fazil Mustafa bildirib.

 

Onun sözlərinə görə, bu sənəd təkcə daxili amillə bağlı deyil, bilavasitə xaricə yönələn bir qanundur: “Burada da müəyyən konvensiyalar, müəyyən hüquqlarla bağlı məsələlər dəqiq həllini tapmalıdır. Bütün hallarda bu qanun zamanında qəbul olunmalıdır. Bütün dünya ölkələrin parlamentlərində bu qanunla bağlı bilgilər olmalıdır ki, hər hansı bir ölkənin vətəndaşı və ya millət vəkilləri işğal olunmuş ərazilərə baş çəkərsə, iqtisadi, siyasi əlaqələr qurarsa, Azərbaycanda ciddi bir məsuliyyət yaratdığını anlamış olacaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR