Bakı – APA. Türkiyədə səfərdə olan Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa bu ölkənin ana müxalifət partiyasının lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə görüşüb.
BQP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə BQP ilə CHP arasında əlaqələrin qurulması və Azərbaycan-Türkiyə münasibətlərinin perspektivləri müzakirə olunub.