Bank Of Baku

Gülağa Aslanlı: “İsa Qəmbərin Lənkərana səfəri qüvvədə qalır”

Gülağa Aslanlı: “İsa Qəmbərin Lənkərana səfəri qüvvədə qalır”
# 24 yanvar 2013 10:22 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. “Müsavat Partiyasının başqanı İsa Qəmbərin Lənkərana səfərə getməsi məsələsi qüvvədə qalır”.

 

Bu açıqlamanı APA-ya Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı verib.

 

G. Aslanlı deyib ki, İ. Qəmbərin rəhbərliyi ilə partiyanın funksionerlərindən ibarət nümayəndə heyəti yanvarın 27-də Lənkərana səfər edəcəklər: “Lənkəran İcra Hakimiyyəti başçısının müavininin yazdığı məktubun heç bir hüquqi əsası yoxdur və bu, Azərbaycan Konstitusiyasının pozulmasıdır. Bu, həm də Lənkəran rayon İcra Hakimiyyətinin işçilərinin səlahiyyət həddini aşmasıdır. Bu, Azərbaycanın siyasi partiyalarından birinin liderinin ölkə daxili səfəridir. Buna görə kimsədən icazə almaq gülüncdür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR