Bakı. Etibar Məmmədov - APA. “İsa Qəmbərin bölgələrə səfəri gündəmdədir”. Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.
G.Aslanlı bildirib ki, Müsavat başqanı İsa Qəmbərin bölgələrə səfəri gündəmdədir: “İsa Qəmbərin Lənkəran və başqa bölgələrə səfərləri planlaşdırır. Zamanı gələndə reallaşacaq. Hələlik isə Bakı şəhərində yaşayan məcburi köçkünlərlə görüşlər keçirilir”.