Bank Of Baku

Gülağa Aslanlı: “Müsavat Seçki Qərargahının fəaliyyət göstərməsi Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmasına qətiyyən mane olmur”

Gülağa Aslanlı: “Müsavat Seçki Qərargahının fəaliyyət göstərməsi Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmasına qətiyyən mane olmur”
# 23 iyul 2013 14:23 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Müsavat Partiyasının Seçki Qərargahı vahid seçki qərargahına çevriləcək”.

 

Bu açıqlamanı APA-ya Milli Şuranın üzvü, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı partiyanın seçki qərargahının fəaliyyət göstərməsinə münasibət bildirərkən deyib.

 

G. Aslanlı qeyd edib ki, Müsavat Partiyası Seçki Qərargahının iclasının keçirilməsi partiyanın daimi iş planına daxil olan məsələdir və bu Milli Şuranın vahid namizədinə hər hansı problem yaratmır: “Biz dəfələrlə bəyan etmişik ki, Milli Şuranın vahid namizədi kimi Rüstəm İbrahimbəyovu dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Müsavat Partiyasının namizədliyinin qüvvədə qalması, seçki qərargahının fəaliyyət göstərməsi qətiyyən Milli Şuranın vahid namizədinin qeydə alınması və təsdiq olunmasına mane olan səbəb deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR