Bank Of Baku

Gülağa Aslanlı Zakir Qaralova müraciət edib

Gülağa Aslanlı Zakir Qaralova müraciət edib
# 16 yanvar 2013 15:06 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Müsavat Partiyası başqanının müavini, İctimai Palatanın katibi Gülağa Aslanlı baş prokuror Zakir Qaralova müraciət edib.

 

G.Aslanlının APA-ya verdiyi məlumata görə, müraciətdə yanvarın 13-də Müsavat Partiyasının başqanı İsa Qəmbərin Lənkərana səfəri zamanı baş verən hadisəyə diqqət yönəldilib.

 

G.Aslanlı müraciətində bildirib ki, hadisə zamanı bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb və ona məxsus avtomobilə külli miqdarda ziyan dəyib. G.Aslanlı hadisənin siyasi motivli olmasına da diqqət çəkib.

 

Müraciətdə hadisənin Cinayət Məcəlləsinin 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə - terror aktı) maddəsi ilə tövsif olunması da istənilib.

 

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər yanvarın 13-də partiyanın zona müşavirəsində iştirak etmək üçün Lənkəran şəhərinə gedib. İsa Qəmbəri aparan kortej Lənkəran şəhərində hücuma məruz qalıb. Nəticədə partiya başqanını müşayiət edən bir neçə şəxs xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR