Bank Of Baku

Hadı Rəcəbli: “Oqtay müəllim, o vaxt İlqar Məmmədovu tutdurmaq istəyirdik, siz qoymadınız”

Hadı Rəcəbli: “Oqtay müəllim, o vaxt İlqar Məmmədovu tutdurmaq istəyirdik, siz qoymadınız”
# 21 iyun 2013 10:16 (UTC +04:00)

APA-nın məlumatına görə, iclasda Avropa Parlamentinin son qətnaməsini tənqid edən H.Rəcəbli İ.Məmmədovla bağlı maraqlı fakt açıqlayıb.

 

O, İlqar Məmmədovun azadlıqda olan vaxt mətbuat vasitəsilə Milli Məclisi yazıları ilə təhqir etdiyini xatırladıb. Deputat spiker Oqtay Əsədova da irad bildirib: “Oqtay müəllim, o vaxt biz deputatlar ərizə yazıb onu tutdurmaq istəyirdik, siz qoymadınız. Dediniz yazıqdır, toxunmayın. İndi gördünüz bu yazıq deyil? Onun tərbiyəsi elə o vaxtdan məlum olmuşdu”.

 

Spiker O.Əsədov isə deputata düzəliş verib: “Hadı müəllim, tutdurmaq deməyin, məhkəməyə vermək deyin. O vaxt siz bunu istəyirdiniz...”

 

H.Rəcəbli isə davam edərək İ.Məmmədovu xarici kəşfiyyata işləməkdə ittiham edib və Avropa Parlamentinin nə haqda qətnamə çıxardığını anlamadığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR