Bakı Etibar Məmmədov-APA. Bu gün Muasir Musavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Türkiyəyə işgüzar səfərə gedib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hafiz Hacıyevin Türkiyədə bir sıra görüşləri planlaşdırılır. Partiya sədrinin həmçinin, Türkiyənin siyasi partiya nümayəndələri, ictimai təşkilat və media nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, səfər zamanı H. Hacıyev Məhəmməd Əmin Rəsulzadənin qəbrini də ziyarət edəcək.