Bank Of Baku

Hərbi hissələrə nəzarət məqsədi ilə parlament komissiyası yaradılması təklif olunub

Hərbi hissələrə nəzarət məqsədi ilə parlament komissiyası yaradılması təklif olunub
# 05 mart 2013 14:05 (UTC +04:00)

 

Bakı. Mübariz Aslanov-APA. Milli Məclisin bu gün keçirilən iclasında hərbi hissələrə nəzarət məqsədi ilə komissiya yaradılması təklif olunub. APA-nın məlumatına görə, təkliflə çıxış edən deputat Fazil Mustafa deyib ki, millət vəkilləri öncədən xəbər vermədən istənilən hərbi hissəyə baş çəkə bilməlidir.

 

Deputatın fikrincə, Ombudsman Aparatı təklikdə orduya ictimai nəzarəti həyata keçirməkdə çətinlik çəkir: “Ona görə də bu komissiyanın yaradılması vacibdir”.

 

Spiker Oqtay Əsədov isə deyib ki, əgər ombudsman hərbi hissələrə baş çəkməklə bağlı millət vəkillərindən dəstək istəyərsə, buna baxmaq olar: “Hansı millət vəkilinə hərbi hissəyə getmək qadağan olunub? Bunun üçün parlamentdə xüsusi nəzarət komissiyasının yaradılmasına nə ehtiyac var?” 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR