Bank Of Baku

Hindistanın Nyu Dehli şəhərində ən azı 77 nəfər daşqının qurbanı olub, 100-dək insan itkin düşüb

Hindistanın Nyu Dehli şəhərində ən azı 77 nəfər daşqının qurbanı olub, 100-dək insan itkin düşüb
# 19 iyun 2013 02:05 (UTC +04:00)

APA-nın “Rossiya 24” telekanalına istinadən verdiyi xəbərə görə, 100-dək insan isə təbii fəlakət nəticəsində itkin düşmüş hesab olunur.

 

Məlumata görə, 70 minədək insan təxliyə edilməsini gözləyir.  Güclü sel axınları yolları sıradan çıxarır, avtobusları yolun kənarına atır. Çaylarda suyun səviyyəsi xeyli artıb, bir neçə şəhərdə təhlükəli vəziyyət yaranıb. Ən ciddi vəziyyət paytaxt Nyu Deli şəhərində müşahidə olunur, paytaxtın bir neçə rayonunun əhalisi təxliyə olunub.

 

Zərər çəkənlərin köməyinə xilasedicilər, hərbçilər və polis əməkdaşları cəlb olunub. Vəziyyət ağır olaraq qalmaqdadır.  Meteoroloqların proqnozuna görə, leysan yağışları hələ bir neçə gün  davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR