Bank Of Baku

Hudson İnstitutunun nümayəndəsi: “ABŞ Qəbələ RSL-ə maraq göstərməyəcək”

Hudson İnstitutunun nümayəndəsi: “ABŞ Qəbələ RSL-ə maraq göstərməyəcək”
# 14 iyun 2013 11:23 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. “ABŞ-ın Azərbaycandakı Qəbələ radiolokasiya stansiyasına maraq göstərməsi az ehtimallıdır”. APA-nın xəbərinə görə, bunu ABŞ-ın Hadson (Hudson) İnstitutunun hərbi-siyasi təhlil mərkəzinin direktoru Riçard Uayts (Richard Weitz) deyib. O bildirib ki, ABŞ-ın qonşuluqdakı Türkiyədə hərbi bazası var, bundan başqa, ABŞ Azərbaycanın İranla münasibətlərinin kəskinləşməsini istəmir. 

 

Türkiyədəki son hadisələrlə “Ərəb baharı” arasında oxşarlıqlara dair jurnalistlərin sualını cavablandıran ekspert bu iki hadisə arasında ümumi cəhətlər görmədiyini söyləyib: “Türkiyədəki hadisələr “Ərəb baharı”ndan fərqlənir. Türkiyədə Misirdən, Liviyadan fərqli olaraq demokratik yolla seçilmiş hökumət var”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR