Bank Of Baku

I ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

I ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb
# 23 iyul 2013 15:38 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nəticələr komissiyanın internet saytında (www.tqdk.gov.az) yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727  nömrəsinə göndərməklə öyrənə bilərlər.

 

İmtahan respublikanın 11 şəhərində ümumilikdə 69 binada keçirilib. 2013-cü ildə  I qrup üzrə  36883  abituriyent ərizə təqdim edib. Onlardan 34240 nəfəri Azərbaycan bölməsinin, 2643 nəfəri isə rus bölməsinin məzunudur.  Abituriyentlərin 22372 nəfərini oğlanlar, 14511 nəfərini isə qızlar təşkil edir. 21210 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13766 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.

 

Qeyd edək ki, bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR