Bank Of Baku

İctimai Palatada ilin siyasi yekunlarına həsr olunmuş dinləmələr keçirilib

İctimai Palatada ilin siyasi yekunlarına həsr olunmuş dinləmələr keçirilib
# 25 dekabr 2012 13:33 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün İctimai Palatanın (İP) 2012-ci ilin siyasi yekunlarına və ABU-nun sabiq rektoru Elşad Abdullayevin sonuncu yaydığı videogörüntülərə dair dinləmələr keçirilib.

 

APA-nın məlumatına görə, toplantını giriş sözü ilə açan İP Koordinasiya Şurasının (KŞ) üzvü Rauf Arifoğlu iclasın gündəliyi ilə bağlı məlumat verib.

 

Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxışında bu ilin önəmli siyasi hadisələrlə yadda qaldığını deyib. O qeyd edib ki, Qubada baş verən iğtişaşlar, “Eurovision” yarışması ərəfəsindəki siyasi aktivlik, İctimai Palatanın keçirdiyi aksiyalar bu ilin yadda qalan siyasi hadisələri sırasındadır: “Ümumilikdə bu il baş verən hadisələr gələn ilin istiqamətlərini müəyyən etdi”.

 

ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı videolara da münasibət bildirən İ. Qəmbər videoların cəmiyyətdə böyük reaksiya doğurduğunu deyib.

 

İP KŞ üzvü Pənah Hüseyn İctimai Palatanın tərkibində E. Abdullayevin yaydığı videoları və onun nəticələrini araşdıran komissiya yaradılmasını təklif edib.

 

İP KŞ üzvü Vidadi Mirkamal çıxış edərək deyib ki, İP video hadisələri ilə bağlı istintaqın düzgün aparılmamasına etiraz bəyanatı verməlidir.

 

AXCP sədri Əli Kərimli isə çıxışında Azərbaycan hökumətinin baş verənlərə heç bir reaksiya vermədiyini deyib. O qeyd edib ki, qarşıdakı seçkilərdə müxalifət qüvvələri səfərbər olmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR