Bakı. Ramil Məmmədli – APA. İctimai Palatanın (İP) Koordinasiya Şurası (KŞ) yanvarın 12-də və 26-da keçirilən aksiyalarda cərimə olunan gənclərlə bağlı bəyanat verib.
İP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda gənclər hərəkatı fəallarına qarşı məhkəmə cərimələrinin başlandığı bildirilib: “ Ötən ay keçirilən aksiyaların iştirakçılarına münasibətdə qeyri-adekvat dərəcədə böyük cərimələr tətbiq edərək, həmin şəxslərin və valideynlərinin şəxsi əşyaları müsadirə edilməyə başlanılıb”.
İctimai Palatanın Koordinasiya Şurası bu halı pisləyib.
İP KŞ bəyan edib ki, gənclərə dəstək kampaniyalarında fəal iştirak edəcək.