Bank Of Baku

İctimai Palatanın Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiası təmin olunmayıb

İctimai Palatanın Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiası təmin olunmayıb
# 27 fevral 2013 12:32 (UTC +04:00)

 

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində İctimai Palatanın (İP) Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb.

 

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin hüquqşünası Ruslan Mustafazadənin APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, iddia təmin olunmayıb.

 

Qeyd edək ki, İP dekabrın 10-da Milli Məclisin qarşısında “Saxta parlament buraxılsın!” şüarı ilə piket keçirməyə icazə verilməsi ilə bağlı BŞİH-ə müraciət edib. Lakin BŞİH piketə icazə verməyib. Bundan sonra İP icra hakimiyyətinin qərarının qanunsuz hesab olunması və təşkilatçılara dəymiş ziyana görə 2 min manat təzminat ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR