Bank Of Baku

İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib

İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib
# 26 dekabr 2012 15:25 (UTC +04:00)

 

Bakı. Ramil Məmmədli-APA. İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) iclası keçirilib.

 

Bu barədə APA-ya İP KŞ-nin dönəm sədri Rauf Arifoğu məlumat verib. O deyib ki, iclasda qurum üzvləri Əli Kərimli, İbrahim İbrahimli çıxış edərək ölkədəki ictimai-siyasi vəziyyət haqda, o cümlədən Naxçıvandan olan ziyalıların Bakıda keçirilən son toplantısı barədə məlumat veriblər. Sonra İctimai Palatanın yanvarın 5-də keçiriləcək sessiyasının gündəliyinin layihəsi müzakirə olunub və müəyyənləşib.  

 

Toplantıda seçki islahatları ilə bağlı memorandumun imzalanması prosesinin ləngiməsi məsələsini də müzakirə edilib. İştirakçılar bildiriblər ki, qurum hüquqşünasların və seçki mütəxəssislərinin hazırladıqları bu sənədi qəbul edir, onu imzalanmağa hazır olduğunu bir daha açıqlayır.

 

Daha sonra dekabrın 29-da Azərbaycan Xalq CÜmhuriyyəti ilə bağlı ictimai müzakirə keçirilməsi qərar alınıb.

      

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR