Bank Of Baku

İctimai Palatanın nəzdində yeni yaradılan Siyasi Məhbusların Müdafiə Komitəsinin ilk iclası keçirilib

İctimai Palatanın nəzdində yeni yaradılan Siyasi Məhbusların Müdafiə Komitəsinin ilk iclası keçirilib
# 14 dekabr 2012 13:00 (UTC +04:00)

 

Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün İctimai Palatanın (İP) nəzdində yeni yaradılan Siyasi Məhbusların Müdafiə Komitəsinin ilk iclası keçirilib. Bu barədə APA-ya komitənin rəhbəri Oqtay İsgəndərli məlumat verib. O. İsgəndərli iclasda komitənin işçi qrupunun tərkibinin müəyyənləşdirildiyini deyib: “İşçi qrupuna mən, Arzuman Məcidli, Mustafa Hacıbəyli və digər şəxslər daxildir. İclasda həmçinin fəaliyyət proqramının yaradılması məsələsi müzakirə olundu. Qərara alındı ki, fəaliyyət proqramı hazırlansın və növbəti iclas zamanı müzakirə edilsin. Həmçinin siyasi məhbusların işləri ilə bağlı bir sıra beynəlxalq təşkilatlara məktub göndərilməsi barədə qərar qəbul olundu”. 

 

Qeyd edək ki, adı çəkilən komitə bu il dekabrın 4-də yaradılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR