Bank Of Baku

İctimai Palatanın sessiyası keçirilib - YENİLƏNİB

İctimai Palatanın sessiyası keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 09 fevral 2013 13:40 (UTC +04:00)

 

Bakı. Ramil Məmmədli - APA. Bu gün İctimai Palatanın (İP) sessiyası keçirilib.

 

APA-nın məlumatına görə, İP Koordinasiya Şurasının üzvü Zəfər Quliyev yanvar ayı üzrə dönəm sədri kimi hesabat xarakterli çıxış edib. Z.Quliyev yanvar ayını İP üçün çətin dövr kimi xarakterizə edərək, bu ayda konsensusun əldə olunmasını uğurlu addım hesab edib.


AXCP sədri Əli Kərimli çıxışını ötən ay ölkədəki ictimai-siyasi proseslərin təhlili müstəvisində qurub və “Binə” Ticarət Mərkəzində, İsmayıllı rayonunda baş verən hadisələrə görə hökuməti tənqid edib. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun və REAL hərəkatının sədri İlqar Məmmədovun həbslərini də pisləyən Ə.Kərimli təklif edib ki, hökumətin əleyhinə keçirilən aksiyaların hər birində həbs olunanlara hüquqi və maddi dəstəyin verilməsi məqsədilə zəruri addımlar atılsın və bu işi İctimai Palata öz üzərinə götürsün. Ə.Kərimli beynəlxalq müstəvidə uğurlu fəaliyyət göstərmək məqsədilə İP çərçivəsində daimi işlək qurumun yaradılması təklifi ilə də çıxış edib.


Daha sonra İP üzvləri Səxavət Əlisoy, Sabir Məmmədli, Nurəddin Məmmədli, Fuad Qəhrəmanlı, Sahib Kərimov, Pənah Hüseyn çıxış edib. Müxalifəti birləşməməkdə ittiham edən P.Hüseyn deyib ki, hamı birlikdən danışır, amma bu birlik istiqamətində addımlar atmır.


Müsavat Partiyasının başqanı İsa Qəmbər müavini Tofiq Yaqublunun və REAL hərəkatının sədri İlqar Məmmədovun həbsini, o cümlədən “Binə” Ticarət Mərkəzindəki və İsmayıllı rayonundakı hadisələrə görə istintaqın gedişini tənqid edib. Onun sözlərinə görə, bütün bunlar ölkədəki ictimai fikri yayındırmağa xidmət edir. İsa Qəmbər prezident seçkiləri ərəfəsində partiya fəalları ilə birgə Lənkəran səfəri zamanı baş verənləri hakimiyyətin narahatlığı kimi xarakterizə edib və belə səfərlərin mütəmadi reallaşdırılacağını diqqətə çatdırıb.

 

* * *

 

Bakı. Ramil Məmmədli - APA. İctimai Palatanın sessiyası keçirilir. APA-nın məlumatına görə, sessiyada çıxış edən AXCP sədri Əli Kərimli AŞPA-da Azərbaycanla bağlı dinləmələr zamanı çıxarılan qərara münasibət bildirərkən deyib ki, Avropada Azərbaycan xalqının əzabları hesabına özünə var-dövlət toplayan insanlar ifşa olunmalıdır: “Biz artıq belə açıq məktublarla Avropa Şurasına müraciət etmək fikrindəyik”.

 

O bildirib ki, siyasi məhbuslarla bağlı məruzəçi Ştrasserin təqdim etdiyi sənəd AŞPA tərəfindən qəbul olunmadıqdan sonra Azərbaycanda daha bir neçə siyasətçi həbs olunub: “Təklifimiz ondan ibarətdir ki, biz bütün qərb strukturları ilə, o cümlədən Avropa Şurası ilə münasibətlərimizdə tam ədalətli mövqedən çıxış etməliyik. Azərbaycanı müdafiə edən insanların - Ştrasser, Herkel, Andres Qross, Corc Kleyvayt kimi prinsipial adamların mövqeyinə dəstək verək. Amma eyni zamanda xalqın maraqlarını öz korporativ maraqlarına, qazanclarına qurban verən insanları adbaad çox sərt şəkildə tənqid edək və həmin ölkələrin mətbuatına yol tapaq”.

 

Ə.Kərimli qeyd edib ki, bu siyasət bütün dünya səviyyəsində yürüdülməlidir: “İctimai Palatanın beynəlxalq təşkilatlarda hökm sürən qeyri-sağlam yanaşmalara mövqeyi bundan ibarət olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR