Bu barədə APA-ya İP KŞ üzvü Rafiq Manaflı məlumat verib.
R. Manaflı bildirib ki, Koordinasiya Şurasının bəzi üzvlərinin Milli Şuraya qoşulmamağa müəyyən əsasları var: “Lakin Milli Şuraya qoşulmamaq üzvlərin şəxsi fikridir. Lazım olarsa, özləri bunun səbəblərini açıqlayarlar. Hər halda müəyyən əsasları var”.
İP KŞ üzvü Vidadi Mirkamal isə APA-ya deyib ki, Milli Şurada təmsil olunmaq ümumilikdə Koordinasiya Şurasına deyil, ayrı-ayrı fərdlərə təklif edilib: “Milli Şurada təmsil olunmaq üzvlərin şəxsi qərarlarıdır. Ona görə də, Koordinasiya Şurasının bu məsələni müzakirəyə çıxarması düzgün deyil”.