APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, birinci partlayış Bakübə şəhərinin mərkəzi bazarında törədilib, digər partlayış isə Bağdadın ətrafındakı balıq bazarında baş verib. Üçüncü partlayış Tuz Xurmatu şəhərində törədilib.
Bundan sonra bir neçə terrorçu-kamikadze Mosul şəhərindəki nəzarət-buraxılış məntəqəsində özlərini partladıb. Nəticədə 24 nəfər ölub. Törədilən partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.