Bakı. Ramil Məmmədli - APA. “Əkrəm Əylislinin yazdığı romanın məzmunu ilə razılaşmırıq”. APA-nın məlumatına görə, bunu İctimai Palatanın sessiyasında Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.
O qeyd edib ki, yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanını yazması onun şəxsi istəyindən irəli gəlib.
İsa Qəmbər yazıçıya qarşı aparılan kampaniyanın qabardılmasının əleyhinə olduğunu da diqqətə çatdırıb: “Bununla yanaşı, yazıçıya qarşı edilən hücumlara da haqq qazandırmırıq”.