Bakı. Ramil Məmmədli - APA. Bu gün Müsavat Partiyasının sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli və “El” hərəkatının İdarə Heyətinin sədri Eldar Namazov arasında görüş keçirilib.
APA-nın məlumata görə, görüş Müsavat Partiyasının qərargahında olub.
Müzakirələrdən sonra Milli Şura ilə bağlı mövqenin sabah Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi qarşısında keçiriləcək aksiyada elan olunmasına qərar verilib.