Bakı. Etibar Məmmədov-APA. “İslam Partiyasının prezident seçkilərinə öz namizədi qatılması barədə müzakirələr gedir”. Bu barədə APA-ya açıqlamasında İslam Partiyasının sədr əvəzi Elçin Manafov deyib.
Onun sözlərinə görə, partiyada prezident seçkiləri ilə bağlı hazırlıq gedir. Partiyanın öz namizədi ilə seçkiyə qatılacağı haqqında müzakirələrin getdiyini deyən E. Manafov müxalifətin hər hansı namizədini də dəstəkləyəcəklərini istisna etməyib: “Partiyanın seçkilərdə namizədlə iştirakı ilə bağlı müzakirələr gedir. Bununla bağlı mart ayında keçiriləcək Ali Məclisin toplantısında partiyanın qurultayının vaxtı müəyyənləşəcək və son qərar veriləcək. Eyni zamanda biz bütün sağlam qüvvələrlə birləşməyə də hazırıq”.