Bank Of Baku

İsmayıllı hadisələri ilə bağlı müxalifət partiyalarının toplantısı keçirilib

İsmayıllı hadisələri ilə bağlı müxalifət partiyalarının toplantısı keçirilib
# 24 yanvar 2013 15:10 (UTC +04:00)

APA-nın məlumatına görə, Müsavat başqanı İsa Qəmbər ötən gecə İsmayıllıda baş verən hadisələrlə bağlı danışaraq, baş verənlərdə hökumətin tutduğu mövqeyi tənqid edib. Onun sözlərinə görə, dünən gecə İctimai Palatanın nümayəndələri Qələndər Muxtarlı, Tofiq Yaqublu və Asəf Quliyev İsmayıllıya ezam olunublar.

 

AXCP sədri Əli Kərimli isə hökuməti bu cür aksiyaları düzgün analiz edib, nəticə çıxarmağa çağırıb: “Biz yalnız belə hallarda bir masa arxasında oturmamalıyıq. Bu, ciddi başlanğıcdır və bunu davam etdirə bilərik”.

 

Ümid Partiyasının sədri İqbal Ağazadə İsmayıllıdakı həbslərdən narahatlığını ifadə edib. O, siyasi partiyaların bu istiqamətdə əməkdaşlığını və iş planının qurulmasını təklif edib.

 

ADP sədri Sərdar Cəlaloğlu deyib ki, baş verən hadisələr Azərbaycan dövlətçiliyi ilə yanaşı, müxalifət üçün də təhlükəlidir: “Biz çox sevinə bilərik ki, narazı insanlar etiraz edir. Amma bu vəziyyət demokratik dəyərlər üçün də narahatlıq yarada bilər. İnqilab bu xalqa heç nə verə bilməz. Azərbaycan Suriyaya çevrilməməsi üçün iqtidarla müxalifət təcili dialoqa başlamalıdır. Birgə islahatlar təklifi ilə çıxış edilməlidir”.

 

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər kütləvi aksiyalara başlamağı təklif edib. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə İsmayıllı sakinləri ilə həmrəylik nümayiş etdirən bəyanatın qəbul edilməsini təklif edib.

 

Sonda toplantı adından hökumətə baş verənlərin ədalətli həlli tələbi ilə bağlı bəyanat qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR