Bank Of Baku

İstanbul polisi Taksim meydanında keçirilən aksiyanı su şırnağı ilə dağıdıb

İstanbul polisi Taksim meydanında keçirilən aksiyanı su şırnağı ilə dağıdıb
# 20 iyul 2013 22:54 (UTC +04:00)

APA-nın məlumatına görə, hazırda meydanda sakitçilik müşahidə olunsa da, polis qüvvələri meydana çıxan İstiqlal prospektinə cəmləşib.   

 

Polis su şırnağını “Bu başlanğıcdır – mübarizə hələ ki davam edir” şüarını səsləndirərək Gəzi parkına keçməyə çalışan bir qrup etirazçıya qarşı istifadə edib. İctimai təşkilatların fəalları tərəfdarlarını Gəzi parkında forum keçirməyə çağırıb.

 

Polis meydanı əhatəyə alaraq İstiqlal prospekti tərəfindən girişi məhdudlaşdırıb. Etirazşıların daha fəal qrupları polis tərəfindən ərazidən uzaqlaşdırılır.  Etirazçılar polisin dağılışmaq  tələblərinə məhəl qoymayıb, buna cavab olaraq asayiş keşikçiləri su şırnaqlarından istifadə edib. Bəzi mənbələr polis tərəfindən plastik güllələrin və gözyaşardıcı qazdan istifadə olunduğu barədə məlumat verir.  Bir neçə nəfərin saxlanıldığı bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR