Bank Of Baku

Köçəri Nağıbəyli: “İctimai Palatada islahatlar struktur dəyişikliyi və yeni strukturların yaradılması ilə bağlı olacaq”

Köçəri Nağıbəyli: “İctimai Palatada islahatlar struktur dəyişikliyi və yeni strukturların yaradılması ilə bağlı olacaq”
# 18 fevral 2013 09:44 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “İctimai Palatanın Koordinasiya Şurası qurumda aparılacaq islahatlara dair sənədlər paketini təsdiq edib”. Bunu APA-ya açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəyli deyib. O bildirib ki, islahat prosesi artıq başlayıb: “İslahatlar başa çatdıqdan sonra prezident seçkiləri ilə bağlı məsələlərə aydınlıq gələcək. İslahatların keçirilməsinə müddət qoyulmayıb. Amma prosesin tez bir zamanda yekunlaşmasının vacibliyini başa düşürük. Ona görə də işlərin sürətlə həllini istəyirik. İslahatlar struktur dəyişikliyi və yeni strukturların yaradılması ilə bağlı olacaq. Təkliflərdən biri İctimai Palatanın İcra Aparatının yaradılmasıdır. Yekun qərar mətbuata açıqlanacaq”.

 

K. Nağıbəyli qeyd edib ki, İctimai Palatanın islahatlardan sonra prezident seçkilərində vahid qurum və namizədlə iştirak edəcəyinə ümidlər tükənməyib: “İctimai Palatada ötən ilin noyabr-dekabr aylarına nisbətdə vəziyyət və qarşılıqlı münasibətlər daha yaxşı formadadır”.

 

İP KŞ-nın üzvü onu da qeyd edib ki, “ReAl” və “El” hərəkatlarının, İctimai Palatanın birgə əməkdaşlığı, həmçinin müttəfiqliyi müxalifəti bir araya gətirə bilər: “Sonda isə daha şanslı namizədə dəstək vermək mümkün olar”.      

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR