Bakı-APA. Konqonun şərqində ordu ilə üsyançılar arasında baş vermiş toqquşmalarda 36 nəfər həlak olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Röyter” agentliyi BMT nümayəndəsinə istinadən məlumat verir.
Agentliyin məlumatına görə, Şimali Kivu vilayətində güc strukturları ilə üsyançılar arasında silahlı toqquşmalar fevralın 27-dən davam edir. Məlumata görə ölənlərdən 10 nəfəri dinc sakinlərdir.
Silahlı toqquşmalar səbəbindən 4 minədək insan evlərini tərk edərək sülhməramlıların bazası yerləşən Kitçanqa şəhərinə üz tutub. BMT nümayəndəsi qeyd edib ki, vəziyyət gərgin olaraq qalmaqdadır.
Konqo ordusu ilə üsyançılar arasında münaqişə 2004-cü ildən davam edir. Ölkənin bir neçə şəhəri üsyançıların nəzarəti altındadır.